Bank Of Baku

Türkiyədə danışılmış futbol matçlarının təşkilində günahlandırılan Əziz Yıldırıma və digər şəxslərə hökm oxunub

Türkiyədə danışılmış futbol matçlarının təşkilində günahlandırılan Əziz Yıldırıma və digər şəxslərə hökm oxunub
# 02 iyul 2012 12:01 (UTC +04:00)
Bakı – APA. Türkiyə futbolunda danışılmış oyunların təşkilində günahlandırılan şəxslərin məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, İstanbul 16 saylı Cəza Məhkəməsində bu gün keçirilən son prosesdə hakim Mehmet Ekinci hökmü elan edib.

Hakimin qərarına əsasən “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım mütəşəkkil cinayətkar dəstə yaradaraq danışılmış oyunların təşkilində günahkar bilinib. Ə. Yıldırım 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin o, həbsdə yatdığı müddət, nümunəvi davranışları və daha əvvəl məhkumiyyətinin olmaması nəzərə alınaraq azadlığa buraxılıb.

“Fənərbağça”nın vitse-prezidenti İlhan Ekşioğlu, “Sivasspor” klubunun prezidenti Məcnun Otyakmaz, “Beşiktaş” klubunun sabiq vitse-prezidenti Sərdar Adalı, “Beşiktaş” futbol komandasının keçmiş baş məşqçisi Tayfur Havutçu, “Elazığspor” komandasının baş məşqçisi Bülənt Uyğun, futbolçular Mehmet Yıldız, İbrahim Akın, İsgəndər Alın, Korcan Çelikay, Gökçək Vederson da müxtəlif cəzalara məhkum olunublar. Lakin bu şəxslər də həbsdə yatdıqları müddət və nümunəvi davranışları səbəbiylə həbsə atılmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR