Avropa çempionatının ən yaxşı futbolçusu müəyyənləşdi
02 iyul 2012 12:29 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Avropa çempionatının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının yarımmüdafiəçisi Andres İnyesta turnirin ən yaxşı oyunçusu seçilib. 28 yaşlı futbolçu 11 mütəxəssisdən ibarət texniki komitə tərəfindən bu ada layiq görülüb.
Qeyd edək ki, İnyesta İspaniya yığması ilə birlikdə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, İnyesta İspaniya yığması ilə birlikdə Avropa çempionu adını qazanıb.