Bank Of Baku

Təbrizin “Traktorsazi” komandası Ağdamın “Qarabağ” klubu ilə yoldaşlıq görüşü keçirəcək

Təbrizin “Traktorsazi” komandası Ağdamın “Qarabağ” klubu ilə yoldaşlıq görüşü keçirəcək
# 03 iyul 2012 02:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İyulun 11-də Təbrizin “Traktorsazi” komandası Ağdamın “Qarabağ” klubu ilə yoldaşlıq görüşü keçirəcək. APA-nın məlumatına görə, oyun hər iki komandanın Türkiyənin Ankara şəhərindəki “Patalya Thermal Resort” otelindəki təlim-məşq toplantısı çərçivəsində baş tutacaq.
Qeyd edək ki, “Traktorsazi” iyunun 30-dan Türkiyədə təlim-məşq toplantısındadır. Bu mövsüm Təbriz komandası ilə birillik müqavilə imzalayan portuqaliyalı məşqçi Antonio Oliveyranın qərarına görə, “Traktorsazi” təlim-məşq toplantısı zamanı üç yoldaşlıq görüşü keçirəcək. Bunlardan ikisi Rusiya, biri isə Azərbaycanın “Qarabağ” komandası olacaq. İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbriz komandası ötən mövsüm ikinci yeri tutaraq Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR