Bank Of Baku

“Bakı” kiprli qapıçı ilə müqavilə bağlayır

“Bakı” kiprli qapıçı ilə müqavilə bağlayır
# 03 iyul 2012 11:23 (UTC +04:00)
Bakı – APA. “Bakı” futbol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqası ərəfəsində heyətini gücləndirən “zolaqlılar” kiprli qapıçı Antonis Georgallideslə anlaşıb.

1999-2006-cı illərdə “Anartosis”, son 6 ildə isə “Omoniya”da çıxış edən qolkiper karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.

Kipr millisinin qapıçısı olan Antonis AVRO-2012-nin seçmə mərhələsində 7 oyun keçirib. Bu qarşılaşmalarda qapısından 17 qol buraxıb. Həmin qollardan 8-ni Portuqaliya yığması vurub: 4:4 və 0:4. Son oyunda qollardan ikisini məşhur Kriştianu Ronaldo vurmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR