Bank Of Baku

“Araz” futzal klubunun UEFA kubokunda rəqibləri məlum olub

“Araz” futzal klubunun UEFA kubokunda rəqibləri məlum olub
# 04 iyul 2012 15:56 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, mübarizəyə əsas mərhələdə başlayacaq təmsilçimiz “Araz”, püşkün nəticəsinə uyğun olaraq, 6-cı qrupda yer alıb.

Komandamızın rəqibləri Hollandiyanın “Endhoven”, Macarıstanın “Györ” klubları və ilkin seçmə mərhələnin C qrupunu birinci yerdə başa vuracaq klub olacaq. İlkin mərhələnin C qrupunda EİD Futsal (İrlandiya), Allstars W.N. (Avstriya), TÜFAD Ankara (Türkiyə) və Minerva Futsal Bern (İsveçrə) komandaları mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR