Bank Of Baku

“Qarabağ” komandası Portuqaliyanın “Jil Visente” klubunun futbolçusunu transfer edib

“Qarabağ” komandası Portuqaliyanın “Jil Visente” klubunun futbolçusunu transfer edib
# 05 iyul 2012 12:11 (UTC +04:00)
Bakı – APA. Türkiyədə növbəti mövsümə hazırlığını davam etdirən “Qarabağ” növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar Bundesliqadan alınan xorvatiyalı qapıçı Miro Varvodiçin ardından elitadan daha bir legioner transfer edib. Bu dəfə Portuqaliya yüksək divizionunda çıxış edən “Jil Visente” klubunun formasını geyinən Riçard Almeyda de Oliveyranın keçidi gerçəkləşib.

Ötən mövsüm 9-cu yeri tutan komandasında 29 oyun keçirən 23 yaşlı braziliyalı yarımmüdafiəçi solaxaydır. Riçard tibbi müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ” mövsümlərarası fasilədə yerli transferləri gənc futbolçular – yarımmüdafiəçi Elnur Abdulovla müdafiəçi Hacı Əhmədov olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR