Bank Of Baku

FİFA rəsmisi: “Azərbaycan fəxr etməlidir ki, AFFA belə işlər görür”

FİFA rəsmisi: “Azərbaycan fəxr etməlidir ki, AFFA belə işlər görür”
# 06 iyul 2012 15:32 (UTC +04:00)
Bakı – APA. “FİFA prezidenti Yozef Blatterin adından hamınızı salamlayıram. Xüsusilə, Azərbaycan hökumətinə son 2 il gördüyü işlərə görə minnətdaram”. Apasport.az saytının məlumatına görə, bunu FİFA U-17 qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin sədri Hani Abo Rida deyib.

Bakıda final mərhələsinin püşkatmasından öncə keçirilən mətbuat konfransında iştirak edən Rida eyni zamanda FİFA-nın İcraiyyə Komitəsinin üzvüdür: “Qurumunuzun 2010-cu ilin martın 19-da verdiyi qərarla növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək. İndi buna görə hamımız burdayıq. İlk addım püşkatmadır. Bu, ölkənizə ilk səfərimdir. Görürəm ki, azərbaycanlılar qonaqpərvər, səmimi, mehribandırlar, dünya çempionatına ciddi hazırlaşırlar. FİFA-ya gedəndə bu müsbət keyfiyyətləriniz haqda fikirlərimi çatdıracağam”.

Rida hazırlıq işlərinə yüksək qiymət verərək, AFFA-nın baş katibi Elxan Məmmədovun rəhbərlik etdiyi Yerli Təşkilat Komitəsində rolunu qeyd etdi: “Mənim üçün gördüklərim xoş sürpriz oldu. Mən də Elxan Məmmədov kimi bu yolu keçmişəm. Azərbaycan fəxr etməlidir ki, AFFA belə işlər görür. İnanıram ki, heç bir çatışmazlıq olmayacaq. Dünya çempionatının işıqlandırılmasında medianın böyük rolu var. İnanıram ki, azərbaycanlı jurnalistlər ilk dəfə ölkələrində keçiriləcək bu mötəbər yarışa xüsusi diqqətdə saxlayacaqlar”.

Mehman SÜLEYMANOV
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR