Bank Of Baku

İspaniyanın “Atletik” komandasının baş məşqçisi istefa verib

İspaniyanın “Atletik” komandasının baş məşqçisi istefa verib
# 07 iyul 2012 10:33 (UTC +04:00)
Bakı – APA. Avropa Liqasının son finalçısı olan İspaniyanın “Atletik” futbol komandasının baş məşqçisi Marselo Byelsa istefa verib. Apasport.az saytının məlumatına görə, təcrübəli argentinalı mütəxəssis ötən mövsüm komandanı uğurla çalışdırsa da, postunda qalmağı lazım bilməyib. Bu da rəhbərliklə yaranan narazılıqla bağlıdır.

Belə ki, Byelsa klubun bazasının yenidən qurulması işlərinin tempindən narazı qalaraq, işi görən inşaat şirkətinin nümayəndəsi ilə dalaşıb. Çalışdırıcısını tənqid edən “Atletik”in rəhbərliyi onun hərəkətinə görə həmin şirkətdən üzr istəyib.

Baş məşqçi məsələsinə klubun təcili toplantısında baxılmağı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR