Bank Of Baku

Rusiya futbol yığmasının baş məşqçisi postuna namizədlərin siyahısı iyulun 10-da açıqlanacaq

Rusiya futbol yığmasının baş məşqçisi postuna namizədlərin siyahısı iyulun 10-da açıqlanacaq
# 07 iyul 2012 11:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli futbol komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasında yeni baş məşqçi təyinatı ilə bağlı açıqlama verilib.

Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı (RFİ) mətbuatda müxtəlif namizədlərin hallandırılmağı, hətta əvvəlki rəhbərliyin adı açıqlanmayan mütəxəssislə müqavilə imzalanmağı ilə bağlı yayılan çoxsaylı xəbərlərlə bağlı rəsmi açıqlama verməli olub.

Bildirilir ki, RFİ hazırda baş məşqçi postuna mümkün namizədlərlə heç bir müqavilə imzalamayıb. İyulun 10-da qurumun rəsmi saytında məşqçilərin siyahısı açıqlanacaq. RFİ həmin namizədlərlə əməkdaşlıqla bağlı müqavilə imzalanmaqla bağlı danışıqlar aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR