Bank Of Baku

Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyənin “Karşıyaka” klubuna transfer olunub

Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyənin “Karşıyaka” klubuna transfer olunub
# 10 iyul 2012 08:39 (UTC +04:00)
Bakı - APA. Azərbaycan milli komandasının sabiq futbolçusu Fabio Luis Ramim karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ölkəmizdə 7 il çıxış edən 31 yaşlı milliləşdirilən braziliyalı yarımmüdafiəçi I liqa təmsilçisi “Karşıyaka”ya keçib.

2008-ci ildən “Bakı”da oynayan, heyətində Azərbaycan çempionu və ölkə kubokunu qazanan Fabio ilə artıq rəsmi müqavilə imzalanıb. Bununla da Türkiyə klubunun baş məşqçisi Yücel İldiz mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Qeyd edək ki, Ramim 2005-ci ilin qışından oynadığı ölkəmizdə “Bakı”ya qədər “MKT-Araz” və “Olimpik”də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR