Bank Of Baku

Çempionlar Liqasının I təsnifat mərhələsi başa çatıb

Çempionlar Liqasının I təsnifat mərhələsi başa çatıb
# 11 iyul 2012 11:52 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, “Valetta” avrokuboklar tarixində ən böyük hesablı qələbəsini qazandığı “Lusitans”ı səfərdə də yenərək, mərhələ adlayıb. Digər “cırtdan ölkə”nin təmsilçilərinin duelində daha təcrübəli “Düdelanj” 2 matçda rəqibinin qapısından 11 cavabsız top keçirib.

“Linfild” isə zəif rəqib olan “Torshavn”ı bəxt sayəsində keçə bilib. Belə ki, hər 2 oyunda qolsuz bərabərliklə nəticələndiyindən, cütün qalibi oyun sonrası penaltilərdə müəyyənləşib. Burada zərbələri daha dəqiq vuran Şimali İrlandiya təmsilçisi növbəti mərhələyə keçib. Bununla da mərhələ adlayan hər 3 komanda qonaqlar olub.

Çempionlar Liqası, I təsnifat mərhələsi
Cavab oyunları

10 iyul

“Torshavn” (Farer adaları) – “Linfild” (Şimali İrlandiya) - 0:0
(penaltilərlə - 3:4)
İlk oyun – 0:0

“Lusitans” (Andorra) – “Valetta” (Malta) – 0:1
İlk oyun – 0:8

“Tre Penne” (San-Marino) – “Düdelanj” (Lüksemburq) – 0:4
İlk oyun – 0:7

Qeyd edək ki, gələn həftə başlayacaq II təsnifat mərhələsində mübarizəyə Azərbaycan çempionu “Neftçi” qoşularaq, iyulun 17-də evdə Gürcüstanın “Zestafoni” klubu ilə üzləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR