Bank Of Baku

Fabio Kapello: “Azərbaycanla çox çətin qrupda mübarizə aparacağıq”

Fabio Kapello: “Azərbaycanla çox çətin qrupda mübarizə aparacağıq”
# 18 iyul 2012 13:34 (UTC +04:00)
Bakı-APA. “Biz Rusiya Futbol İttifaqı ilə cümə günü razılıq əldə etdik. Ancaq bəzi fikir ayrılığı vardı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapello deyib.

İtaliyalı mütəxəssisin karyerasını davam etdirəcəyi milli 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidir. Nəinki Avropada, dünyada ən güclü məşqçilərdən sayılan Kapello qrupumuzla bağlı fikirlərini açıqlayıb: “Kimsə yığmaya yerli mütəxəssisi təyin etmək istəsə də, mənim layihəm prezidentin xoşuna gəldi. Mən çox həyəcanlıyam. Mənim üçün Rusiya yığmasında iş böyük çağırışdır. Hazırda əsas məqsədim millini 2014-cü il dünya çempionatının final mərhələsinə çıxarmaqdır. Biz Portuqaliya, İsrail, Şimali İrlandiya, Azərbaycanla və Lüksemburqla çətin qrupa düşmüşük. Ancaq inanıram ki, Rusiya yığması seçmə mərhələni uğurla keçəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR