Bank Of Baku

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları başa çatıb

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları başa çatıb
# 19 iyul 2012 08:15 (UTC +04:00)
Bakı-APA. Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin evdə Gürcüstanın “Zestafoni” klubuna qalib gəldiyi 3:0 hesabı 2-ci oyun günündə də qeydə alınıb. Buna komandamız kimi öz meydanında “Mölde” ilə AEL klubları imza atıb.

Bu klublar kimi “Maribor”la “Şlensk” də cavab matçına rahat çıxacaq. “Ludoqorets” – “Dinamo” cütü yeganə heç-heçə nəticələnən oyun olub ki, burada hər şeyə Zaqrebdə keçirilən cavab matçında aydınlıq gələcək.

Ən maraqlı oyun isə Belarusda olub. Belə ki, ÇL-də qrup mərhələsində oyun təcrübəsi olan yerli BATE “Vardar”la ev matçında çətinliklə üzləşib. Meydan sahibləri oyunda hesabı açsalar da, matçın 2-ci uzatma dəqiqəsinə qədər hesabda geridə olublar. Ancaq belaruslular 2 dəqiqəyə inanılmaz əzmkarlıq göstəriblər və Vitali Rodionovun həmin vaxt etdiyi dubl onlara meydanı qalib tərk etməyə imkan verib.

Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyunlar

18 iyul

“Buduçnost” (Çernoqoriya) – “Şlensk” (Polşa) – 0:2
“Mölde” (Norveç) – “Ventspils” (Latviya) – 3:0
AEL (Kipr) – “Linfild” (Şimali İrlandiya) – 3:0
BATE (Belarus) – “Vardar” (Makedoniya) – 3:2
“Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Xorvatiya) – 1:1
“Maribor” (Sloveniya) – “Zelezniçar” (Bosniya və Herseqovina) – 4:1

Qeyd edək ki, cavab oyunları iyulun 24-də və 25-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR