Bank Of Baku

“Galatasaray” Nordin Amrabata görə “Kayserispor”a 8 milyon, “PSV Eyndhoven”ə 600 min avro bonservis haqqı ödəyəcək

“Galatasaray” Nordin Amrabata görə “Kayserispor”a 8 milyon, “PSV Eyndhoven”ə 600 min avro bonservis haqqı ödəyəcək
# 19 iyul 2012 16:53 (UTC +04:00)
Bakı-APA. “Galatasaray” klubu “Kayeserispor”un futbolçusu Nordin Ambabatla 5 illik müqavilə imzalandığını rəsmən açıqlayıb. APA-nın məlumatına görə, “Galatasaray” transfer müqabilində “Kayserispor”a 8 milyon avro bonservis haqqı ödəyəcək. Bundan başqa Amrabatın əvvəlki klubu “PSV Eyndhoven”lə imzaladığı müqaviləyə əsasən, “Galatasaray” bu kluba da 600 min avro bonservis haqqı ödəməyə razılıq verib. Nordin Amrabat isə yeni klubundan beş il ərzində 6 milyon avro alacaq. İlk il 1 milyon avro alacaq Amrabatın illik maaşı hər il 100 min avro artacaq. Bundan başqa mərakeşli futbolçuya oynadığı hər oyun üçün 17,500 avro ödənəcək. Nordin Ambarabatın “Kayserispor”la imzaladığı müqaviləyə əsasən, futbolçu başqa kluba transfer olunacağı təqdirdə transfer haqqını 10 faizi məbləğində təzminat almalı idi. “Galatasaray”la Ambarbat arasında əldə olunan yazılı razılaşmaya görə, mərakeşli futbolçu 10 faizlik təzminatdan, yəni 800 min avrodan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR