Bank Of Baku

Gianni İnfantino: “Fənərbaxça” bu il də Çempionlar Liqasında iştirakdan məhrum edilə bilər

Gianni İnfantino: “Fənərbaxça” bu il də Çempionlar Liqasında iştirakdan məhrum edilə bilər
# 21 iyul 2012 07:22 (UTC +04:00)
APA-nın məlumatına görə, UEFA-nın baş katibi Gianni Infantino “Fənərbaxça” ilə bağlı vəziyyətin hələ də dəqiqləşmədiyini bildirib. UEFA Nizamnamə Qurumu ekspertlərinin “Fənər”lə bağlı dosyeni araşdırmaqda davam etdiyini deyən İnfantino bildirib ki, Türkiyə Futbol Federasiyası bu kluba bəraət versə də, UEFA hələ yekun qərara gəlməyib: “Fənərbaxça”nın dosyesi qarışıq bir dosyedir, bizim ekspertlər dosyeni araşdırmaqda davam edirlər. Minlərlə səhifə oxunmalı olan səhifə var”. Türkiyə mətbuatı Gianni İnfantinonun bu sözlərini püşkatmada iştirak etməsinə rəğmən, “Fenerbaxça”nın bu il də Çempionlar Liqasında çıxış hüququndan məhrum edilə biləcəyi kimi dəyərləndirib. Klub rəsmiləri isə İnfantinonun bu fikirlərini şərh etməkdən imtina ediblər.

Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqası çərçivəsində iyulun 31-də Rumıniyanın “Vaslui” klubu ilə qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR