Bank Of Baku

«Neftçi» Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb

«Neftçi» Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb
# 24 iyul 2012 20:56 (UTC +04:00)
Bakı-APA. Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bakının «Neftçi» klubu səfərdə Gürcüstanın «Zestafoni» komandası ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə qurtarıb. Qolları meydan sahiblərində Muciri (16) və Dvali (19), qonaqlarda isə Vobay (22) və Sadiqov (52, penaltidən) vurublar.

Beləliklə, ilk görüşdə 3:0 hesabı ilə qalib gəlmiş «Nefti» növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi «Xapoel» (Kiryat Şmona, İsrail) olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR