Bank Of Baku

Yozef Blatter: “İsveç olimpiya yığmasının futbolçusu mütləq cəzalandırılmalıdır”

Yozef Blatter: “İsveç olimpiya yığmasının futbolçusu mütləq cəzalandırılmalıdır”
# 01 avqust 2012 11:43 (UTC +04:00)
Bakı-APA. FİFA prezidenti Yozef Blatter İsveçrə olimpiya yığmasının futbolçusu Mişel Morqanellanın komandadan qovulmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Blatter baş verən hadisəyə görə məyus olduğunu deyb.

Qeyd edək ki, komandası Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzduqdan sonra Morqanella “Twitter” sosial şəbəkəsindəki səhifəsində rəqibin ünvanına irqçi təhqirlər səsləndirib və bu səbəbdən komandadan kənarlaşdırılıb.

Blatter isə artıq futbolçunun artıq evə göndəriləcəyinə ümidvar olduğunu deyib: “Onun artıq evə göndərildiyinə ümid edirəm. Bütün futbol ailəsi adından məyusluğumu dilə gətirmək istəyirəm. Bu, futbola, ümumilikdə Olimpiya Oyunlarına yaraşmayan hadisədir. Belə oyunçunun komandadan qovulmasını tam dəstəkləyirəm. İndi gərək İsveçrə Futbol Assosiasiyası məsələni araşdırsın. Ardından bütün materiallar bizə verilməlidir. Çünki hadisə beynəlxalq matçla bağlıdır. Morqanella mütləq cəzalanmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR