Bank Of Baku

“Qəbələ” klubu braziliyalı futbolçu ilə müqavilə bağlayıb

“Qəbələ” klubu braziliyalı futbolçu ilə müqavilə bağlayıb
# 01 avqust 2012 13:12 (UTC +04:00)
Bakı-APA. “Qəbələ” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, son illər Bolqarıstanın “Çernomorets” klubunda top qovan braziliyalı yarımmüdafiəçi Lorival Rodriges Assis karyerasını Qəbələdə davam etdirəcək. 28 yaşlı legionerlə 3 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına Braziliyada “İrati” klubunda start verən Assis sonra ölkəsində “Qremio Barueri”, “Sertaozinyo”, “Sao Seatano”, CRB, “Avai”, “Amerika”, “Botofoqo” kimi komandalarda oynayıb. Yarımmüdafiəçi Bolqarıstana keçidinə qədər 2009-cu ildə İsveçin “Kalmar” klubunda legioner həyatı yaşayıb.

Assis ötən mövsümü keçirdiyi Burqas təmsilçisində 25 oyunda 10 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR