Bank Of Baku

“Fənərbaxça” “Yuventus”dan Miloş Krasiçi transfer edib

“Fənərbaxça” “Yuventus”dan Miloş Krasiçi transfer edib
# 03 avqust 2012 09:50 (UTC +04:00)
Bakı-APA. “Fənərbaxça” klubu Miloş Krasiçin transferini başa çatdırdığını rəsmən açıqlayıb. APA-nın məlumatına görə, klub serb futbolçu ilə 4 illik müqavilə imzalayıb. Hücuma meylli mərkəz yarımmüdafiəçisi mövqeyində oynayan Miloş Krasiç bu gün “Yuventus”la vidalaşaraq İstanbula gələcək. “Fənərbaxça” transferə görə “Yuventus”a 7 milyon avro ödəyəcək. Miloş Krasiç dörd il ərzində “Fənərbaxça”dan illik 2,3 milyon avro alacaq, bundan başqa oynadığı hər oyuna görə klub ser futbolçuya 12,500 avro ödəməlidir.

Xatırladaq ki, Miloş Krasiç bundan əvvəl altı il Moskvanın ÇSKA klubunun formasını geyib. ÇSKA forması ilə meydana çıxdığı 150 oyunda 26 qol vuran Krasiç 2010-cu ildə “Yuventus”a transfer olunub. Ötən il “Qoca sinyora” ilə liq çempionu olan Krasiç son iki ildə İtaliya klubunun heyətində 49 oyun keçirib, 10 qol vurub. 28 yaxşı serb futbolçu milli komandada 46 oyunda 3 qola imza atmağa müvəffəq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR