Bank Of Baku

Felipe Melo ilə “Galatasaray” arasında razılaşma əldə olunub

Felipe Melo ilə “Galatasaray” arasında razılaşma əldə olunub
# 03 avqust 2012 16:57 (UTC +04:00)
Bakı-APA. Promoesport Bcn menecerlik şirkəti Felipe Melonun “Galatasaray”a transferi ilə bağlı rəsmi açıqlama yayıb. APA-nın məlumatına görə, şirkət Melo ilə “Galatasaray” arasında transferə dair danışıqların yekunlaşdığını, bütün məsələlərə dair razılaşmanın əldə olunduğunu açıqlayıb. Şirkətin rəsmi saytında yayımlanan açıqlamada qeyd olunur ki, “Melo “Galatasaray”la razılaşma əldə olunduğuna görə çox sevinir. Lakin hələlik İstanbul klubu Melonun transfer haqqına sahib olan “Yuventis”la yekun razılaşma əldə etməyib”. Felipe Melo isə şənbə günü “Fənərbaxça” ilə oynanacaq Superkubok matçından əvvəl klubla məşqlərə başlamaq istədiyini bildirib: “Ümidvaram ki, transferimlə bağlı “Yuventus” və “Galatasaray” arasında ən qısa müddətdə razılaşma əldə olunacaq.

Qeyd edək ki, ötən il “Galatasaray”da icarədə olan Felipe Melo illik 4 milyon avro maaş alırdı. “Galatasaray”ın təkidi ilə illik maaşını 2,9 milyona azaltmağa razılaşan Felipe Melo oynayacağı hər oyun üçün klubdan əlavə olaraq 20 min avro alacaq. “Galatasaray” Melonun transferi üçün “Yuventus”a 6 milyon avro təklif edib. Klublar pulun ödənmə üsulları barədə razılığa gələ bilməyiblər, hazırda bununla bağlı danışıqlar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR