“Xəzər Lənkəran” yunanıstanlı futbolçu ilə müqavilə bağlayır
22 avqust 2012 09:31 (UTC +04:00)
Bakı – APA. “Xəzər Lənkəran” növbəti transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, yay transfer pəncərəsində cəmi 2 futbolçu ilə güclənən cənub təmsilçisi bu dəfə yunanıstanlı Dimitris Sialması sıralarına qatır. “Ağ-yaşıllar” AEK-də oynamış 26 yaşlı hücumçu ilə bu gün 1 illik müqavilə bağlayacaq.
Dimitris karyerasına “Etnikos”da (Asteras) başlayıb. 2006-cı ildə “Panionios”ə keçən hücumçu burada 2 il çıxış edib. Həmin müddətdə 24 oyuna 6 qol vuran Sialmas növbəti mövsümdə “Etnikos”un (Pirey) şərəfini qoruyub.
3 il əvvəl “Yannina”ya transfer olunan forvard 2010-cu ilin yarısını icarə əsasında “Olimpiakos”da (Volos) keçirib. Bu komandalarda müvafiq olaraq 35 və 9 oyun keçirən Sialmas “Yannina”da məhsuldarlığı ilə seçilib – 18 qol. Volos təmsilçisində 3 dəfə fərqlənməyə imkan tapan Dimitrisin karyerasında yeni dövr 2011-ci ilin avqustunda başlayıb. Həmin vaxt AEK-lə 3 illik müqaviləyə imza atıb.
Ötən mövsümü AEK-də 27 oyun keçirib, 4 qol vuran hücumçu 2 dəfə ölkə çempionatı, 2 dəfə Avropa Liqasında fərqlənib. Yunanıstan Superliqasında hər 2 qolunu “Levadiakos”la səfər matçında vuran Sialmas beynəlxalq arenada da 1 dəfə rəqib meydanında fərqlənib.
O, qrup mərhələsində Moskvada “Lokomotiv”in qapısına yol tapıb. Onun növbəti qolu isə “Anderlext”lə görüşə təsadüf edib.

Futbol
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024
Almaniya futbol millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
18:12
16 may 2024