Portuqaliya Azərbaycanla oyuna yeni futbolçular çağırıb
27 avqust 2012 16:42 (UTC +04:00)
Bakı – APA. Portuqaliya milli komandasının 2014-cü il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə rəsmi oyuna çağırılan 6 futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Paulu Bentunun İspaniya Primerosunda çıxış edən “Valensiya” və “Deportivo” klublarının futbolçularını millimizlə sentyabrın 11-də evdəki matça dəvət etdiyi açıqlanıb.
“Valensiya”dan Rikardo Koşta ilə Joao Pereyra təcrübəli müdafiəçilərdir və son Avropa çempionatının final mərhələsində yığmada olublar. Müəyyən fasilədən sonra yüksək liqaya qayıdan “Deportivo”dan isə yarımmüdafiəçi Andre Santos, hücumçular Pizzi, Nelson Oliveyra və Bruno Qama dəvət alıb.
Bunlardan Pizzi ilə Qama debütantdırlar və gənclər yığmasından cəlb olunublar. Müqavilə ilə “Benfika”ya məxsus olan Nelson “Deportivo”da icarə əsasında oynayır və final mərhələsində iştirak edib. Eyni sözləri Santos haqda da demək olar. “Beşiktaş”ın yarımmüdafiəçisi Rikardo Kuaresmanın isə millimizlə oyuna çağırıldığı bir müddət öncə məlum olmuşdu.
Qeyd edək ki, Bentu fərqli millimizin baş məşqçisi Berti Foqts Portuqaliya ilə oyuna heyəti açıqlayaraq, 30 futbolçuya dəvət göndərib. Onun portuqaliyalı həmkarı siyahını avqustun 31-də açıqlayacaq.

Futbol
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024