Bank Of Baku

TFF azərbaycanlı futbolçuya lisenziya vermir

TFF azərbaycanlı futbolçuya lisenziya vermir
# 29 avqust 2012 10:18 (UTC +04:00)
Bakı – APA. 2 gün öncə “Dənizlispor”la rəsmi müqaviləyə bağlayan həmyerlimiz Rail Məlikov bu komandada oynamamaq təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, buna səbəb Türkiyə Futbol Federasiyasının (TFF) Dənizli təmsilçisinə futbolçu almaq qadağası qoymasıdır.

Belə ki, 2010/2011 mövsümündə Sərdar Elyilikin pulunu ödəməyən “Dənizlispor” sabiq üzvünü razı saldıqdan sonra TFF qərarını dəyişə bilər. Bu səbəbdən də yerli futbol qurumu komandanın Raillə yanaşı, 7 yeni oyunçusuna lisenziya verməyəcəyini bildirib.

Lakin “Dənizlispor”un prezidenti Süleyman Urkay bu problemin tezliklə yoluna qoyulacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR