Bank Of Baku

“Real” İspaniya Superkubokunun qalibi olub

“Real” İspaniya Superkubokunun qalibi olub
# 30 avqust 2012 09:55 (UTC +04:00)
Bakı – APA. Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilən İspaniya Superkubokunun cavab qarşılaşmasında “Real” “Barselona”nı qəbul edib. Apasport.az saytının məlumatına görə, növbəti “El klassiko” əvvəlcədən böyük həyəcanla gözlənilirdi. İlk oyunda doğma azarkeşlər önündə katalonlar madridlilərə 3:2 hesabı ilə qalib gəlmişdilər. Həmin oyunda “Barselona” rəqibi üzərində böyük üstünlüyə malik olsa da, “blauranqa”nın yaratdığı qol imkanlarını sağa sola xərcləməsi və Valdesin son dəqiqələrdəki kobud səhvi “Barsa”nı Madridə cəmi bir top üstünlüyü ilə gəlməyi məcbur etmişdi.

İlk oyunda olduğu kimi, yenə hesabı açan “Real” olub. Lakin bu dəfə madridlilər az keçməmiş 2-ci qolu da vurublar. “Barselona”nın gücü isə yalnız 1 qol vurmağa çatıb. Planetin 2 ən güclü futbolçusu Kriştianu Ronaldo və Lionel Messinin hər ikisinin qol vurduğu matçın nəticəsi elə ilk yarıda müəyyənləşib. Fasilədən sonra tərəflərin heç biri qol vura bilməyib.

Ümumi hesab 4:4 olsa da, “Real” səfərdə daha çox qol vurması sayəsində Superkuboka yiyələnib. “Real” bu qələbə ilə əzəli rəqibi üzərində ümumi qələbələrin sayına görə də irəli çıxıb - 88:87.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR