Bank Of Baku

Futbol üzrə Azərbaycan milli komandası Gürcüstan yığmasına uduzub

Futbol üzrə Azərbaycan milli komandası Gürcüstan yığmasına uduzub
# 30 avqust 2012 13:20 (UTC +04:00)
Bakı-APA. 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Gürcüstan yığması ilə ardıcıl 2-ci dəfə üz-üzə gəlib.

Qəbələdə keçirilən növbəti görüş gürcüstanlıların qələbəsi ilə başa çatıb. Matçda hesabı açan tərəf yığmamız olsa da, qonaqlar sonradan 2 qol vurmağı bacarıblar. Bununla da Gürcüstan millisi 2 gün əvvəlki məğlubiyyətin əvəzini çıxıb.

Qeyd edək ki, ilk oyunda millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR