Bank Of Baku

Andres İnyesta UEFA versiyası üzrə Avropanın ən yaxşı futbolçusudur

Andres İnyesta UEFA versiyası üzrə Avropanın ən yaxşı futbolçusudur
# 30 avqust 2012 20:15 (UTC +04:00)
Bakı-APA. Bu gün Monakoda Avropanın ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, rəsmən “UEFA Best Player in Europe” adlanan mükafata olan 3 namizəddən ən yaxşısı müəyyənləşib.

Namizədlər ötən il “Avropanın ən yaxşısı” seçilən argentinalı Lionel Messi, onun “Barselona”dakı komanda yoldaşı ispan Andres İnyesta və “Real”ın portuqaliyalı lideri Kriştianu Ronaldo idi.

2011/12 mövsümünün ən yaxşı futbolçusu UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə keçirdiyi sorğunun 2-ci mərhələsinin nəticələrinə görə ən yaxşısı adını İnyesta qazanıb.

Qeyd edək ki, səsvermənin həlledici mərhələsi bu gün Monakodakı “Grimaldi Forum” sarayında Çempionlar Liqası qrup yarışının püşkatması zamanı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR