Bank Of Baku

“Neftçi” Avropa Liqasında növbəti oyunu oynamaq üçün Kazana gedib

“Neftçi” Avropa Liqasında növbəti oyunu oynamaq üçün Kazana gedib
# 23 oktyabr 2012 16:59 (UTC +04:00)
Bakı-APA. “Neftçi” klubu futbol üzrə Avropa Liqasında növbəti oyununu keçirmək üçün Rusiyanın Kazan şəhərinə yollanıb. Apasport.az saytının xəbərinə görə, komanda az öncə çarter reysi ilə səfərə çıxıb.

“Rubin”lə görüşə gedənlər arasında futbolçulardan zədədən sonra bərpa prosesini keçən Bahodir Nasimov da yer alıb. Lakin o, zədəsi tam sağalmadığı üçün meydana çıxmayacaq. Cavid İmamverdiyev isə Kazana yollanmayıb. O, bu gün əməliyyat olunub.

Qeyd edək ki, “Rubin”-“Neftçi” oyunu oktyabrın 25-də Kazan Mərkəzi Stadionda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR