Bank Of Baku

Kurban Berdiyev: “Neftçi” güclü komandadır”

Kurban Berdiyev: “Neftçi” güclü komandadır”
# 24 oktyabr 2012 14:29 (UTC +04:00)
Bakı – APA. “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev bu gün Avrolianın qrup mərhələsində “Neftçi” ilə oyun öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının Kazana ezam olunan əməkdaşının xəbərinə görə, təcrübəli çalışdırıcı bildirib ki, “Neftçi” haqda geniş məlumata malikdirlər: “Neftçi”ni yaxşı tanıyırıq. Oyunları izləmək üçün adam göndərmişik. Yaxşı məlumatımız var. “Neftçi” güclü komandadır”.

Berdiyev bu il Bakıya gəldiyini də bildirib: “Mənim “Neftçi”, orada oynamış futbolçularla çox yaxşı münasibətlərim var. Yaxında dostlarım tərəfindən Bakıya dəvət olunmuşdum. Bu, “Avrovizion” müsabiqəsindən əvvəl idi. Şəhəriniz necə gözəlləşmişdisə, onu tanımadım. “Neftçi”yə, Bakıya, Azərbaycana böyük hörməyim var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR