Bank Of Baku

Yohan Elmander: “Ən azı iki ay “Galatasaray” forması geyə bilməyəcəyəm”

Yohan Elmander: “Ən azı iki ay “Galatasaray” forması geyə bilməyəcəyəm”
# 26 oktyabr 2012 11:39 (UTC +04:00)
Bakı-APA. “Galatasaray”ın isveçli hücumçusu Yohan Elmander iki ay yaşıl meydanlardan kənarda qalacaq. APA-nın məlumatına görə, “Kluj”la oyunda ağır zədə alan Elmander ayağında 11 santimertlik yara olduğunu, ən azı iki ay sarı-qırmızı formanı geyə bilməyəcəyini deyib.
“Tam düzəlmişdim, bu zədə məni məhv elədi. “Fənərbaxça” tərəfdarı olan qonşularım belə zədələnməyimə təəssüflənirlər. Mövsüm başlayandan meydana zədəli şəkildə çıxırdım. Keçən il aldığım zədə yeni-yeni sağalmağa başlamışdı. Tam düzəldiyimi, komandada yerimi yenidən möhkəmlədəcəyimi düşündüyüm anda yenidən ağır şəkildə zədə aldım. Ən mühüm oyunlarda oynaya bilməyəcəyəm. “Galatasaray” forması ilə Çempionlar Liqasında oynamağı çox istəyirdim. Mən yenə də qrupdan çıxacağımıza inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR