Bank Of Baku

Kurban Berdıyev: “Rubin” Bakıya qələbə qazanmağa gəlib”

Kurban Berdıyev: “Rubin” Bakıya qələbə qazanmağa gəlib”
# 07 noyabr 2012 14:55 (UTC +04:00)
Bakı – APA. “Bizim futbolçular yetərincə peşəkardırlar. Onlar Avroliqa oyunlarını, sabahkı matçın əhəmiyyətini bilirlər. Biz Bakıya qələbə dalınca gəlmişik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rubin”in baş məşqçisi Kurban Berdıyev deyib.

Təcrübəli çalışdırıcı heyətdə zədəli futbolçulardan Salvatore Bokketti və Aleksandr Ryazantsevin Kazanda qaldığını, Roman Yeryomenkonun isə Bakıya gəldiyini bildirib.

Həmkarlarımızın millimizin üzvü Ruslan Abışovla bağlı Berdıyevə verdiyi suala isə mütəxəssis belə cavab verib: “Mən Ruslanın komandamıza keçdiyinin 90 faiz həll olunduğunu ilk dəfə sizdən eşidirəm. O, bizdə baxışda olub, bəyənmişik. Ancaq Abışov indi nə “Neftçi”in, nə də “Rubin”in futbolçusudur. Gəlin, Ruslandan yox, sabahkı oyun haqda danışaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR