Bank Of Baku

150 min əhalisi olan ölkə Futbol üzrə Dünya Çempionatına vəsiqə qazanıb

150 min əhalisi olan ölkə Futbol üzrə Dünya Çempionatına vəsiqə qazanıb
# 19 noyabr 2025 10:46 (UTC +04:00)

“Fənərbaxça”nın sabiq baş məşqçisi Dik Advokaatın çalışdırdığı Kurasao millisi tarixi uğura imza atıb.

Apasport.az xəbər verir ki, komanda 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində son oyunda Yamayka ilə 0:0 hesablı heç-heçə edərək mundiala vəsiqə qazanıb.

150 min əhalisi olan kiçik ada ölkəsi futbol tarixində ilk dəfə Dünya Kubokunda iştirak hüququ əldə edib.

Qeyd edək ki, gərgin keçən görüşün 90+5-ci dəqiqəsində hakim Yamaykanın xeyrinə penalti qərarı verib. VAR-dan gələn xəbərdarlıqdan sonra monitora baxan referi epizodu yenidən dəyərləndirərək qərarını ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR