"ProMexiko"nun İstanbul nümayəndəliyinin rəhbəri Azərbaycanda səfərdədir

"ProMexiko"nun İstanbul nümayəndəliyinin rəhbəri Azərbaycanda səfərdədir
# 05 noyabr 2015 07:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Meksika hökumətinin "ProMexiko" fondunun İstanbul nümayəndəliyinin rəhbəri Xorxe Alberto Kruz Abascal Azərbaycanda səfərdədir.

Meksikanın Azərbaycandakı Səfirliyininn APA-ya verdiyi məlumata görə, səfər İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("AzPromo") dəvəti ilə ötən gün başlayıb və noyabrın 4-nə kimi davam edəcək. Səfər çərçivəsində Meksika və Azərbaycan arasında ticarət və turizm sahələrində olan əlaqələrinin genişlənməsi imkanlarının müzakirə olunması məqsədilə bir sıra görüşlər keçiriləcək.

Qeyd edilir ki, "ProMexiko" və "AzPromo" arasında əlaqə birgə maraq üzərində qurulub və təmsil etdikləri ölkə xalqarının rifahına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR