Beynəlxalq müşahidəçi: “Gəncədə seçki prosesinin düzgün təşkil olunduğunu müşahidə etdik”

Beynəlxalq müşahidəçi: “Gəncədə seçki prosesinin düzgün təşkil olunduğunu müşahidə etdik”
# 01 noyabr 2015 14:50 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Biz hər yerdə müşahidə edirik ki, seçki prosesi düzgün təşkil olunub”.

APA-nın APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncədə seçki prosesini müşahidə edən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvü Valeri Çaynikov deyib.

Seçki barədə təəssüratlarının yüksək olduğu deyən V. Çaynikov insanların məntəqələrə yüksək əhval-ruhiyyə ilə gəldiyini bildirib.

“Çox xoşdur ki, insanlar öz ölkələrinin taleyini düşünürlər, gələcəyini daha işıqlı görmək istəyirlər. Hər yerdə seçki prosesinin düzgün təşkil olunduğunu müşahidə etdik. Əsas odur ki, seçki prosesində qanunun tələbləri, o cümlədən səsvermənin gizliliyi, vətəndaşların öz iradəsini ifadə etmək haqqı və seçki şəffaflığı təmin olunub”, - deyə o vurğulayıb.


MDB PA müşahidə missiyasının digər üzvü Valeh Abbasov isə seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildirib. O qeyd edib ki, seçkilərlə bağlı təşkilatçılıq işləri yüksək səviyyədədir: “Azərbaycanda seçki yüksəl səviyyədə təşkil olunub. Biz sizə qibtə edə bilərik, sizi təbrik edə bilərik. Seçki ilə bağlı qanunvercilik tam təmin olunub və heç bir qanun pozuntusu qeydə alınmayıb. Narazı adamlara rast gəlmədik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR