Nazir Səlim Müslümov Şamaxıda vətəndaşları qəbul edəcək

Nazir Səlim Müslümov Şamaxıda vətəndaşları qəbul edəcək
# 19 oktyabr 2015 12:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Şamaxı rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, oktyabrın 30-dan oktyabrın 23-nə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir həmin gün saat 10:00-da Şamaxı rayonu Heydər Əliyev Mərkəzində bu rayonun və Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Şamaxı, Qobustan, İsmayıllı rayonları üzrə (020) 285-12-58, Ağsu və Göyçay rayonları üzrə (020) 255-23-45 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR