Bank Of Baku

Çempionlar Liqasında Ermənistan, Estoniya, Gürcüstan və Latviya klubları mərhələ adlaya bilməyib

Çempionlar Liqasında Ermənistan, Estoniya, Gürcüstan və Latviya klubları mərhələ adlaya bilməyib
# 20 avqust 2020 00:57 (UTC +04:00)

Çempionlar Liqasının I təsnifat mərhələsində daha 11 oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmaların 5-də meydan sahibləri, 6-da isə qonaqlar qələbə qazanaraq, II raunda yüksəlib.

Azərbaycan çempionu “Qarabağ”ın da II mərhələdəki rəqibi bilinib. Təmsilçimiz “Fola” (Lüksemburq) üzərində qələbə qazanan “Şerif”lə (Moldova) qarşılaşmalı olacaq.

Postsovet məkanı ölkələrindən Ermənistan, Estoniya, Gürcüstan və Latviya klubları rəqiblərinə məğlub olaraq, ÇL-lə vidalaşıblar.

Ümumiyyətlə, təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, qaliblər II raundda, məğlub komandalar isə Avropa Liqasında mübarizəni davam etdirəcəklər.

Çempionlar Liqası
I təsnifat mərhələsi
19 avqust

19:00. “Ararat” (Ermənistan) - “Omoniya” (Kipr) - 0:0 (ə.v. 0:1)
Santos, 94
20:00. “Molde” (Norveç) - “KuPS” (Finlandiya) - 5:0
Hestad, 26, Eikrem, 37, Omoijuanfo, 65, Pedersen, 90+1, Knudtzon, 90+4
20:30. “Flora” (Estoniya) - “Suduva” (Litva) - 1:1 (ə.v 0:0, pen. 2:4)
Sapponen, 49 - Topcaqiç, 78
21:00. "Çelye" (Sloveniya) - “Dandolk” (İrlandiya) - 3:0
Kerin, 43, Vizinqer, 89, Danqubiç, 90+5
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – "Tirana" (Albaniya) - 0:2
Torassa, 45+4, İsmajlgeci. 86
21:00. “Ferensvaroş” (Macarıstan) -  "Yurqorden" (İsveç) - 2:0
Nquen, 33, 62
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Riqa” (Latviya) - 2:0
Belkman, 58, 88
22:00. “Buduçnost” (Monteneqro) - “Lüdoqorets” (Bolqarıstan) - 1:3
Cukoviç, 31 - İqinio, 12, Tçibota, 25, Oliveyra-Souza, 90+3
22:00. “Konnah” (Uels) - “Sarayevo” (Bosniya və Herseqovina) - 0:2
Tatar, 16, 65
22:00. “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya) - təxirə salınıb
22:00. “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) - 2:0
Abanq, 37, Lukiç, 80
23:00. “Floriana” (Malta) - ÇFR (Rumıniya) - 0:2
Cestor, 53, Qolofka, 90+7

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR