Dağlıq Qarabağdakı son vəziyyət İƏT-in İstanbul zirvəsində müzakirə olunacaq

Dağlıq Qarabağdakı son vəziyyət İƏT-in İstanbul zirvəsində müzakirə olunacaq
# 06 aprel 2016 11:35 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hücumları, təmas xəttində yaranmış gərginlik İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçiriləcək 13-cü Zirvə toplantısının əsas müzakirə mövzusu olacaq.

APA-nın “iinanews.org” saytına istinadən verdiyi xəbərə görə, bu barədə təşkilata yaxın mənbədən bildirilib. Mənbənin məlumatına görə, Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsələ daim gündəlikdədir və İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasının da gündəliyinə salınıb.

Qeyd edək ki, İƏT-in İstanbul sammiti “Ədalət və sülh naminə həmrəylik” başlığı altında aprelin 10-dan 15-dək keçiriləcək. Sammit çərçivəsində aprelin 12-13-də Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR