“Telekom” “Boğaziçi” turnirinə qələbə ilə başlayıb

“Telekom” “Boğaziçi” turnirinə qələbə ilə başlayıb
# 29 sentyabr 2016 07:54 (UTC +04:00)

Bakı – APA. Türkiyənin İstanbul şəhərində beynəlxalq “Boğaziçi” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk matçında Bakının “Telekom” klubu yerli “Sarıyer Bələdiyyəsi” ilə üz-üzə gəlib.

A qrupunda yer alan təmsilçimiz yeni mövsüm üçün ilk görüşünü inamlı qələbə ilə bitirib. Zoran Qayiçin yetirmələri birinci setdə uduzsalar da, ardınca rəqibə heç bir şans verməyiblər – 3:1 (22-25, 25-19, 25-23, 25-20).

Qrupumuzda “Beşiktaş” istirahət edib.

Digər qrupda isə “Əczaçıbaşı”, “Çanakkale Bələdiyyəsi” və “Halkbank” klubları mübarizə aparırlar.

Qeyd edək ki, II turda istirahət edəcək “Telekom” qrup mərhələsinin son görüşündə “Beşiktaş”la oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR