Bakıda "VAZ 2107" markalı avtomobil polis əməkdaşını vurub - VİDEO

Bakıda "VAZ 2107" markalı avtomobil polis əməkdaşını vurub    - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2015 02:18 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı 23 yaşlı Azad Babaşzadə xidməti vəzifəsini yerinə yetirən zaman "VAZ 2107" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib. Əmrə tabe olmayan sürücü avtomobili yol polis əməkdaşının üstünə sürüb və polis əməkdaşını avtomobili ilə vurub. Xəsarətlər alan Azad Babaşzadə xəstəxanaya yol patrul avtomobili ilə gətirilib. Müayinə zamanı həkimlər onda çoxsaylı xəsarətlər müəyyən ediblər. Həkim İlham Qəmbərovun APA-ya verdiyi məlumata görə, xəstə ikinci dərəcəli travmatik diaqnozu ilə qəbul edilib: "Müvafiq yoxlamalardan keçib. Hal-hazırda reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti stabildir".

Polisdən verilən məlumata görə, "VAZ 2107" markalı avtomobilin sürücüsü saxlanılıb, avtomobili isə, cərimə meydançasına aparılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR