Londonda Azərbaycan-Britaniya hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Londonda Azərbaycan-Britaniya hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
# 08 sentyabr 2016 17:41 (UTC +04:00)

Bakı – APA. Londonda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya baş nazirinin xüsusi elçisi, Lordlar Palatasının üzvü baronessa Emma Harriet Nikolsonla görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Söhbət əsnasında həmçinin münasibətlərin gələcək perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR