Almaniyalı müşahidəçi: “Heç bir pozuntuya rast gəlməmişik”

Almaniyalı müşahidəçi: “Heç bir pozuntuya rast gəlməmişik”
# 01 noyabr 2015 15:34 (UTC +04:00)

Quba. Vəli Turan – APA. “İlk dəfədir müşahidəçi qismində seçkidə iştirak edirəm. Müşahidə etdiyim müddətdə gördüm ki, siz seçkilərə çox yaxşı hazırlaşmısınız”.

APA-nın şimal bürosunun xəbərinə görə, bu sözləri almaniyalı müşahidəçi Kristof Edvard deyib. O, Quba və Qusar rayonlarında 11 məntəqədə müşahidə apardıqlarını söyləyib: “Bütün məntəqələrdə xoş qarşılandıq. Bütün suallarımıza çox dəqiqliklə cavab verdilər”.

K. Edvard qeyd edib ki, müşahidə etdiyi məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR