Serbiya səfiri Lənkərana səfər edib - FOTO

Serbiya səfiri Lənkərana səfər edib - <span style="color: red;">FOTO
# 10 noyabr 2015 16:57 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç Lənkəranda səfərdə olub.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəranla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində xarici diplomat şəhərdəki Heydər Əliyev Xatirə Parkı, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Həzi Aslanov Xatirə Parkında olub.

Səfir həmçinin Həzi Aslanovun ev muzeyinə və Bayraq meydanına baş çəkib, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.

Səfər çərçivəsində Serbiya səfiri Lənkəran icra başçısı Taleh Qaraşovla görüşüb. T. Qaraşov diplomata Lənkəranın sosial-iqtisadi həyatı, kənd təsərrüfatı və turizm potensialı barədə məlumat verib. N. Rodiç isə Lənkəran rayonu ilə tanışlıqdan məmnun qaldığını bildirib. O, Azərbycan-Serbiya ölkələri arasında iqtisadi-siyasi əlaqələrin gündən-günə inkişaf etdiyini deyərək, gələcəkdə bu əlaqələrin inkişaf perspektivlərindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR