BMT Azərbaycana yeni nümayəndə təyin edib

BMT Azərbaycana yeni nümayəndə təyin edib
# 23 mart 2016 14:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. Qulam İsaqzai (Əfqanıstan) BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi təyin edilib.

Bu barədə APA-ya BMT-nin Bakıdakı ofisindən bildirilib.

Q.İsaqzai Azərbaycanda aprelin əvvəllərində fəaliyyətə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR