Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Sentyabr
# 12 sentyabr 2016 18:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Cəmi bir neçə saat ərzində "qara qızılın" qiyməti 5 faizdən də çox azalıb. Bu dəfə qiymətlərin azalmasına səbəb heç də hasilatın dondurulması, neft ehtiyatları və bu qəbildən olan xəbərlər olmadı.

Bazarda şok effekti yaradan əsas məsələ ABŞ Federal Ehtiyatlar Sisteminin təmsilçilərindən biri, Boston Federal Ehtiyatlar Bankının prezidenti Erik Rozenqrenin uçot dərəcəsinin artırılmasının tərəfdarı olması ilə bağlı verdiyi son açıqlama oldu. Məhz bu açıqlamanın nədən bazar iştirakçılarının narahatlığına səbəb olduğunu söyləmək çətin olsa da, fakt faktlığında qalır: dolların məzənnəsi digər əsas valyutalara nisbətdə bir anda yüksəldi, bunun ardınca isə səhmlər, xammal və digər riskli aktivlər dəyərdən düşməyə başladı.

Yeri gəlmişkən, uçot dərəcəsinin artırılma ehtimalını əks etdirən fyüçerslərin dəyəri də artmağa başladı ki, bu da sentyabr ayı üçün hazırkı artımın 20 faiz deyil, 30 faiz olacağını deməyə əsas verir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR