Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Aqrolizinq” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından "APA-Economics"ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 59 mln. 499,770 min ədəd, emissiyanın ümumi həcmi isə 118 mln. 999,540 min manat təşkil edir.
Hal-hazırda cəmiyyətin nizamnamə kapitalı 194 mln. 519,545 min manat təşkil edir.
Yerləşdirmə başa çatdıqdan sonra, cəmiyyətin nizamnamə kapitalı 61,18% artaraq 313 mln. 519,085 min manata çatacaq.