Bank Of Baku

"Keşlə" braziliyalı futbolçu transfer edib

"Keşlə" braziliyalı futbolçu transfer edib
# 09 sentyabr 2020 19:01 (UTC +04:00)

Bakının "Keşlə" klubu növbəti transferini reallaşdırıb. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Alvaro Tavareş Premyer Liqa təmsilçisi ilə anlaşıb. 

Braziliyalı futbolçu mövsümün sonuna qədər "Keşlə"nin şərəfini qoruyacaq. 

Son olaraq Ukraynanın "Lvov" klubunda çıxış edən 25 yaşlı Tavareş ötən mövsüm Ukrayna Premyer Liqası çərçivəsində 18 oyun keçirib və 3 qola imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR