Ağcabədidə avtomobil, Tovuzda isə mağaza yanıb

Ağcabədidə avtomobil, Tovuzda isə mağaza yanıb
# 14 yanvar 2016 23:34 (UTC +04:00)

Bakı-APA. Ağcabədi və Tovuzda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonunda yanğın Qarakeçdi kəndində vətəndaşa məxsus "Mercedes" marlalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin salonunda idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Tovuz rayonunda sahibi məlum olmayan ümumi sahəsi 24 kv.m olan mağazanın dam örtüyün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR