İtaliyanın “Milan” klubunun futbolçusu Lukas Paketanın Fransa təmsilçisi “Lion”a transferi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, Liqa1 klubu yarımmüdafiəçini rəsmən təqdim edib.
Braziliyalı oyunçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. 23 yaşlı futbolçunun keçidi “rossonyerlər”ə 20 milyon avro qazandırıb.
Qeyd edək ki, Lukas Paketa “Milan”a 2019-cu ilin yanvarında Braziliya təmsilçisi “Flamenqo”dan keçib.
“Lion” “Milan”ın futbolçusunu transfer edib
30 sentyabr 2020 23:24 (UTC +04:00)