Bank Of Baku

Mançester klubları Liqa kubokunda darmadağınla 1/4 finala yüksəlib

Mançester klubları Liqa kubokunda darmadağınla 1/4 finala yüksəlib
# 01 oktyabr 2020 00:40 (UTC +04:00)

İngiltərə Liqa kubokunda 1/8 final mərhələsi davam edir.
 
Apasport.az saytının məlumatına görə, 1/4 finalın daha 4 iştirakçısı müəyyənləşib.
 
“Nyukasl” aşağı dəstə təmsilçisi “Nyuport”u yalnız penaltilər seriyasında məğlub edib. “Mançester Siti” səfərdə “Bernli” üzərində böyükhesablı qələbə qazanıb.
 
Mançesterin digər klubu da mərhələni səfərdə adlayıb. “Brayton”un qonağı olan “Mançester Yunayted” də həmşəhərliləri kimi üç cavabsız qolla 1/4 finala yüksəlib. “Everton” isə “Vest Hem”lə qarşılaşmada darmadağına sevinib.
 
Qeyd edək ki, bir gün öncə “Tottenhem” 1/4 finala yüksəlib. 1/8 finalın son oyunları oktyabrın 1-də baş tutacaq.
 
İngiltərə Liqa kuboku
1/8 final
30 sentyabr
“Nyuport” – “Nyukasl” – 1:1, pen.4:5

Abrahams, 5 – Şelvi, 87
“Bernli” – “Mançester Siti” – 0:3
Sterlinq, 35, 49, Torres, 65
“Brayton” – “Mançester Yunayted” – 0:3
Maktominay, 44, Mata, 73, Poqba, 80
“Everton” – “Vest Hem” – 4:1
Kalvert-Levin, 11, 78, 84, Riçarilson, 56 – Snodqras, 46

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR