Qəbələdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Qəbələdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 01 oktyabr 2015 15:25 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 74-cü kilometrliyində, Qəbələnin Zarağan kəndi ərazisində qeydə alınıb. Rayonun Məlikli kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Cavid Hümbət oğlu idarə etdiyi 10-BR-097 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə qarşı tərəfdə hərəkətdə olan Qəbələ şəhər sakini, 1986-cı il təvəllüdlü Xasməmmədov Anar Teyyub oğlunun idarə etdiyi 90-GA-482 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilə çırpılıb. Hadisə zamanı sürücü Cavid Həsənov, sərnişinlər - 1955-ci il təvəllüdlü Xasməmmədova Cəlalə Abdulməcid qızı, 1959-cu il təvəllüdlü Ağayev Yadigar Cəlal oğlu xəsarət alaraq Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan daha iki azyaşlı uşaq isə Qəbələ Müalicə-Diaqnostika Mərkəzinə aparılıb və müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR