"Milan" "Çelsi"nin futbolçusunu icarəyə götürüb

"Milan" "Çelsi"nin futbolçusunu icarəyə götürüb
# 23 avqust 2020 12:22 (UTC +04:00)

"Çelsi"nin yarımmüdafiəçisi Temue Bakayoko London klubuna qayıtmayıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi 26 yaşlı oyunçunu yenidən icarəyə verib.

Son iki mövsümü "Milan" və "Monako"da icarə əsasında keçirən Fransa millisinin sabiq üzvü yenidən İtaliya klubu ilə anlaşıb. "Milan" onu növbəti dəfə icarəyə götürüb. Klublar arasındakı razılığa əsasən, "rossonyerlər" Bakayokonu 30 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Temue Bakayokonun "Çelsi" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR